“Şəhid Övladlarına Yeni İl Sevinci Yaşat!” layihəsi həyata keçirilib

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “Hökumətlərarası Təqaüd Proqramları”nın məzunlarının təşəbbüsü və könüllü xeyriyyə dəstəyi, eyni zamanda Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilati dəstəyi ilə “Şəhid Övladlarına Yeni İl Sevinci Yaşat!” layihəsi həyata keçirilib.


Layihənin həyata keçirilməsində 100-ə yaxın DP və HTP tələbə və məzunu, eləcə də nazirliyin müvafiq struktur bölmə əməkdaşları yaxından iştirak edib. 


Layihə çərçivəsində Gəncə, Mingəçevir, Bərdə və Tərtər üzrə məktəbli olan 130-a yaxın şəhid övladının arzu və istəkləri sorğu edilib. Dekabrın 25-də isə həmin şəhər və rayonlara səfər təşkil edilib. Səfər zamanı 30-a yaxın DP və HTP tələbə-məzunu, eləcə də nazirliyin bir qrup nümayəndəsi şəhid övladı olan məktəblilərə hədiyyələrin təqdim edilməsində iştirak ediblər. 


Səfər çərçivəsində regional təhsil idarələrinin və məktəb direktorlarının köməyi ilə ümumilikdə 70-ə yaxın ailə ziyarət edilib. 


Səfər zamanı DP və HTP tələbə və məzunlar nazirliyin nümayəndə heyəti ilə birlikdə həmin şəhər və rayonlarda olan Şəhidlər Xiyabanlarını da ziyarət ediblər. 

 



28.12.2021 | 11:15