ADAU-da 674 imtahan keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2021/2022-ci tədris ilinin payız semestrinin yanvarın 5-də başlayan imtahan sessiyası davam edir. İmtahanlar test, yazılı və şifahi formada təşkil olunub.



Ali məktəbdən bildirilib ki, bu günə qədər universitetdə 674 imtahan keçirilib. Bunlardan 390-ı test, 112-i yazılı, 172-i şifahi imtahan olub.



Sessiya ərzində İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Valideynlərin, ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin olunur.



Qeyd edək ki, ali təhsil müəssisəsində imtahanlar 764 qrup üzrə test, 212 qrup üzrə yazılı, 306 qrup üzrə şifahi formada keçirilir.

 



18.01.2022 | 18:14