Magistratura səviyyəsində kadr hazırlığı aparılacaq proqramlar barədə məlumatlandırma görüşü

Mingəçevir Dövlət Universitetində (MDU) ADA Universiteti əməkdaşlarının iştirakı ilə məlumatlandırma görüşü keçirilib.

 

Görüşdə MDU-nun sonuncu kurs tələbələri, magistrantları və gənc əməkdaşları iştirak ediblər.

 

Məlumatlandırma görüşündə ADA Universiteti tərəfindən 2022/2023-cü tədris ilində magistratura səviyyəsində kadr hazırlığı aparılacaq “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” proqramları barədə ətraflı məlumat verilib. Hər iki proqram üzrə tədrisin ADA Universitetində, universitetin Qazax Mərkəzində əyani və distant formada təşkil ediləcəyi bildirilib.

 

ADA Universitetinin əməkdaşları Səidə Nəbiyeva və Mahnur Abbasova təmsil etdikləri ali təhsil müəssisəsinin təqdim etdiyi təhsil imkanları haqqında danışıb, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

 

Tədbirdən əvvəl MDU-nun rektoru Şahin Bayramov ilə ADA Universitetinin əməkdaşları arasında keçirilən görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

 



19.01.2022 | 16:12