Xalq şairi Vahid Əzizlə məktəblilərin görüşü

262 saylı tam orta məktəbdə Xalq şairi Vahid Əzizlə görüş keçirilib.

 

Məktəb daxilində fəaliyyət göstərən Kiçik Akademiyanın prezidenti Aidə Quliyevanın təşkilatçılığı ilə keçirilən görüşdə məktəbin direktoru, direktor müavinləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

 

Tədbir Xalq şairinin həyat və yaradıcılığı ilə bağlı hazırlanan videoroliklə başlayıb.

 

Sonra şagirdlər şairin şeirlərini səsləndirib, musiqi nömrələri nümayiş  etdiriblər.

 

Xalq şairi Vahid Əziz öna ünvanlanan sualları cavablandırıb, sonda səmimi və gözəl görüşə görə məktəb rəhbərliyinə, şagirdlərə minnətdarlığını bildirib.  



10.05.2022 | 17:01