Fəxri xiyaban ziyarət edilib

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

 

 



10.05.2022 | 15:32