Logistika xidmətləri göstərən şirkət rəhbərləri ilə tələbələr arasında tanışlıq görüşü

Azərbaycan Texniki Universitetində (AzTU) "Caspian Energy Club"un təşkilatçılığı ilə “CEO meetup” keçirilib.

 

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin əməkdaşları, nəqliyyat və logistika fakültəsinin tələbələri, həmçinin "Caspian Energy Club"un üzvü olan şirkətlərin rəhbərləri iştirak ediblər.

 

“Caspian Energy Club”un idarə heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, görüş logistika xidmətləri göstərən şirkətlərin rəhbərləri ilə tələbələr arasında tanışlıq əlaqələrinin qurulması məqsədi daşıyır.

 

AzTU-nun rektoru V.Vəliyev logistika sahəsinin inkişafının ölkə üçün mühüm əhəmiyyətindən danışıb. Bildirib ki, AzTU-nun nəqliyyat və logistika fakültəsi sözügedən sahə üzrə mütəxəssislər hazırlayır. Rektor qeyd edib ki, universitetdə logistika sahəsi ilə bağlı elmi-tədqiqat işlərinə artıq start verilib. V.Vəliyev logistika üzrə təhsil alan tələbələrə karyeralarında uğur qazanmaları üçün daim bilik və bacarıqlarını inkişaf etdirməyi tövsiyə edib.

 

Daha sonra logistika xidmətləri göstərən şirkətlərin rəhbərləri - Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri, “Hellmann Worldwide Logistics” şirkətinin direktoru Kamran Həbibov, “ASE Logistics Group” şirkətinin direktoru Rəşad Abasov və “U.F.E Shipping” şirkətinin təsisçisi və müdiri Elmir Poladov fəaliyyətləri haqqında tələbələrə məlumat veriblər.

 

“CEO meetup” sual-cavab formatında davam edib. 

 

 



13.05.2022 | 12:51