Macarıstanın Debrecen Universitetinin nümayəndələri Gəncə Dövlət Universitetində

Macarıstanın Debrecen Universitetinin nümayəndələri- baş müəllim Judit Herczegh, psixoloq Zsuza Berke, peşəkar təlim üzrə mütəxəssis Gábor Erdei Gəncə Dövlət Universitetində olub.

 

Qonaqlarla keçirilən görüşdə tədris məsələləri üzrə prorektor, dosent Şahin Xurşudov, universitetin nəzdindəki İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin rəhbəri Razim Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ruslan Məmmədov iştirak edib.

 

Prorektor Ş.Xurşudov təhsil sahəsində universitetlər arasındakı münasibətlərdən söhbət açıb, əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb.

 

Macarıstanın Debrecen Universitetinin nümayəndələri də qarşılıqlı əlaqələrin möhkəmlənməsinə maraqlı olduqlarını bildirib, universitetin tərəfdaş olduğu layihələr haqqında məlumat veriblər.

 



13.05.2022 | 16:49