“Şuşa İli”nə həsr olunan festival

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa İli” münasibətilə Şuşa rayonu və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilir. 9-12 və 13-17 yaş qrupları üzrə keçirilən festival iki mərhələdən  ibarət olub. Belə ki, Sabirabad, Kürdəmir, Ağstafa, İsmayıllı, Ağcabədi, Ağdaş, Biləsuvar, Lənkəran, Masallı, Şəki, Gəncə və Bərdə Regional Mədəniyyət idarələrinin tabeliyindəki uşaq musiqi məktəblərində hər iki yaş qrupunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlər arasında seçim aparılıb. Münsiflər heyətinin qərarına əsasən, region mərhələsi üzrə I yerlərin qalibləri final mərhələsində iştirak etmək hüququna nail olublar.

 

Qeyd edək ki, festivalın finalı paytaxtda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində baş tutacaq.

 

Sifai SƏFƏROVA



25.05.2022 | 11:45