Aerobika gimnastikası üzrə qaliblər mükafatlandırılıb

2011-2013-cü il təvəllüdlü idmançılar arasında keçirilən aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyi artıq başa çatıb. Bakı Olimpiya İdman Kompleksində baş tutan  yarışda qaliblər müəyyənləşdirilib. Yeniyetmə idmançı Ayan Ağayeva yarışın qalibi elan olunaraq qızıl medala layiq görülüb.  Məryəm Əliyeva və Qəmər Ağaqulu isə ilk üçlükdə yer alıb. Qeyd olunub ki, bu idmançılar “Ocaq Sport” aerobika idman klubunun yetirmələridir.

 

Yaş kateqoriyalarına uyğun olaraq gimnastlar fərdi, qarışıq cütlük və qrup proqramında öz güclərini sınayıblar. Bütövlükdə  Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatında və Bakı birinciliyində 80 yeniyetmə öz  məharətini  nümayiş etdirib.

 

Sifai SƏFƏROVA



26.05.2022 | 13:14