İri şirkətlər diplom tələb etmir

ABŞ-ın bir  çox böyük  şirkətləri,  əvvəllər olduğu  kimi, iş axtaranlardan profil ali təhsilə malik olmalarını tələb etmir.  

 

Bu barədə  əmək bazarının təhlili üzrə ixtisaslaşmış “Glassdoor”  resursunun ekspertləri bildirib. Bu cür  tələblərdən imtina edən kompaniyaların siyahısında  Apple, Google, IBM kimi nəhənglər yer alıb. Tədqiqatçılar qeyd edirlər ki, düzdür,  hər hansı namizədin akademik xidmətləri müsbət faktor kimi gözdən keçirilir, amma işə qəbul vaxtı məcburi meyarların siyahısından bu bəndi tez-tez çıxarırlar.  Və vurğulayırlar ki,  tədris qiymətləri və uğurlu karyerada ciddi  korrelyasiya  aşkar etməyiblər.

 

Qeyd olunur ki, müasir əmək bazarı şəraitində ixtisaslaşmalar universitetlərin təhsil proqramları hazırlamasına nisbətən  daha sürətli gedir.

 



02.09.2018 | 10:57