Yeniyetmələrin “Əziz Şuşa sən azadsan” adlı konsert proqramı

Uşaq musiqi və incəsənət məktəbləri arasında yaradıcılıq  əlaqələri  qurmaq  artıq ənənə halını alıb. Bu mənada Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbi ilə Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbi arasında qurulan yaradıcılıq əlaqəsini də təqdirəlayiq hal kimi qiymətləndirmək olar. Lənkəranlı yeniyetmə musiqiçilər bu günlərdə Xırdalanda  həmyaşıdlarının təhsil aldıqları musiqi məktəbində konsert proqramı ilə çıxış ediblər.

   

Konsertdən öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və hər iki musiqi məktəbinin rəhbərləri- İkram Manafov və Camal Həsənov çıxış edərək belə tədbirlərin uşaqların bir-birləri qarşısında yaradıcılıq hesabatı verməyə həvəslərinin artırılması, qarşılıqlı ünsiyyət qurması və dostluq əlaqələrini möhkəmləndirməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və meydanı yeniyetmə musiqiçilərin ixtiyarına veriblər.

     

Qeyd edək ki,  Şusa ili” çərçivəsində  keçirilən  “Əziz Şuşa, sən azadsan” adlı konsert proqramı  Xırdalan məktəbliləri  tərəfindən maraqla  qarşılanıb.

 

Sifai SƏFƏROVA

 



21.06.2022 | 13:30