İctimai Nəzarət Şurasının üzvləri və jurnalistlər imtahan sessiyasının gedişini izləyiblər

Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə yaz semestrinin imtahan sessiyasının gedişatı izlənilib.

 

Qonaqlara sessiyanın təşkili və gedişatı barədə məlumat verilib. Bildirilib ki, BDU-da  iyunun 3-dən başlayan imtahan sessiyası iyulun 1-dək davam edəcək və bu gün 220 qrup üzrə 5000-dən çox tələbə imtahan verir. 

 

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.

 

Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibətləri ilə maraqlanıblar.

 



21.06.2022 | 17:20