Rumıniyalı alim Bakı Dövlət Universitetində

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin  (BSUN – Black Sea Universities Network) İdarə Heyətinin sədri, Rumıniyanın Ovidus Universitetinin  Nanotexnologiya və Alternativ Enerji Mənbələri İnstitutunun direktoru, 9-cu Qlobal Bakı Forumunun iştirakçısı, professor Eden Mamutla  görüş keçirilib.

 

Görüşə onlayn formada Buxarest Universitetinin Nanoelmlər – Alternativ Enerji Mənbələri Tədqiqat Mərkəzinin rəhbəri, professor İoan Stamatin də qatılıb.

 

Görüşdə professor Eden Mamut Azərbaycan-Rumıniya universitetləri arasındakı əlaqələrin yaranma tarixindən danışıb, daha sonra iştirakçıları hazırda fəaliyyət göstərdiyi institutun elmi istiqamətləri, perspektivləri barədə məlumatlandırıb.

 

Sonda Rumıniya və Azərbaycan universitetləri arasında ikitərəfli əməkdaşlıq imkanları, beynəlxalq elmi tədqiqat və təhsil proqramları çərçivəsində mümkün əlaqələr haqqında müzakirələr aparılıb.

 

 



22.06.2022 | 14:35