“Müasir rəqs” nominasiyası üzrə II yer tutan tələbələrlə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalında “Müasir rəqs” nominasiyası üzrə II yer tutan tələbələrlə görüşüb.

 

Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən festivalda uğur qazanan universitet təmsilçilərini təbrik edən rektor Ş.Bayramov Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş müsabiqədə MDU-nun qaliblər siyahısında yer almasına nail olan gənclərə təşəkkürünü bildirib.

 

Gənclərin vətənpərvərlik və milli adət-ənənələrimizə hörmət ruhunda yetişdirilməsi baxımından festivalın əhəmiyyətini vurğulayan Ş.Bayramov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

 

MDU adına əldə etdikləri uğurdan böyük fəxr hissi keçirdiklərini qeyd edən tələbələr göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

  



25.06.2022 | 13:16