Prorektorlar “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində Polşaya səfər ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov və elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşaya səfər ediblər.

 

ADPU-dan bildirilib ki, səfər proqramı çərçivəsində ilk görüş Varşava İqtisadiyyat Məktəbində keçirilib.

 

Tədbirin açılış hissəsində Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Wachowiak universitet haqqında geniş təqdimatla çıxış edib. Rektor Piotr Wachowiak Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydaları və prezidenti olduğu Varşava Ali Təhsil Müəssisələrinin Rektorlar Konfransı barəsində məlumat verib.

 

Polşa Rektorlar Konfransının prezidenti Arkadiusz Mezyk Azərbaycan nümayəndə heyətini salamlayaraq qurulan əməkdaşlığın hər iki tərəfə faydalı olacağını qeyd edib və konfransın yaradılması ilə bağlı əldə olunan təcrübəni bölüşüb.

 

Daha sonra Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğunu vurğulayıb.

 

 



02.07.2022 | 10:31