VII Avropa Coğrafiya Olimpiadasında qazanılan uğur

Serbiyanın paytaxtı Belqrad şəhərində onlayn keçirilən VII Avropa Coğrafiya Olimpiadasından növbəti uğur əldə edilib.  

 

Belə ki, 11 ölkədən məktəblilərin qatıldığı müsabiqədə Tərtər rayonu Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbinin XI sinif şagirdi Murad Qarayev bürünc medala layiq görülüb. 

 

Sözügedən olimpiada 2015-ci ildən etibarən keçirilir. Şagirdlərimiz bu olimpiadaya üçüncü dəfədir ki qatılıb. Bu günədək sözügedən müsabiqədə 3 bürünc medal əldə edilib. 

 

Qeyd edək ki, olimpiadaya qatılan məktəblilərimizin hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında həyata keçirilib. Layihə iştirakçıları əvvəlki tədris illərinin Respublika fənn olimpiadaları qalibləri arasından seçilib.

 

 



05.07.2022 | 12:32