Təhsil naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 6-da təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycandakı missiyası bitməkdə olan səfiri Viktor Szederkenyi ilə görüşüb.
 

Nazir ölkəmizdə olduğu müddətdə iki ölkə arasında təhsil əlaqələrinin dərinləşməsinə, Azərbaycan və Macarıstan ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın qurulmasına verdiyi töhfəyə görə səfir Szederkenyiə təşəkkürünü bildirib.


Emin Əmrullayev 2022-2023-cü tədris ili üzrə Macarıstan dövləti tərəfindən 149 nəfər Azərbaycan Respublikası vətəndaşına təhsil təqaüdünün ayrılmasını yüksək qiymətləndirib.

 



06.07.2022 | 17:34