AzMİU-da Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərəcək

Bu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ödənişsiz əsaslarla Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərəcək.

 

AzMİU-dan bildirilib ki, abituriyentlər və subbakalavrlar ixtisas seçimi günlərində elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında köməklik, texniki dəstək və məsləhət xidməti üçün AzMİU-da fəaliyyət göstərəcək Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 16.00-dək xidmət göstərir.

 

Ünvan: Bakı şəhəri, Ayna Sultanova 11

Tel.: 0125389463

 

Xatırladaq ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlar üçün ixtisas seçimi avqustun 16-dan 28-dək həyata keçiriləcək.

 



04.08.2022 | 16:17