UFAZ-da seminar

Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Milli Araşdırmalar Mərkəzi və Paris-Sorbon Universitetinin tədqiqatçısı, həmçinin Aleksand Koyre Mərkəzinə bağlı araşdırmaçı (CNRS-EHESS)  dr. Pyer Munye Kün tərəfindən “Sivilizasiya tarixində rəqəmsal texnologiyalar” mövzusunda seminar keçirilib.

 

Tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş katibi Şarlotta Payen, mətbuat katibi Nəzrin Mirzəyeva, UFAZ,  eləcə də digər universitetlərin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

İnformasiya texnologiyalarının yaranma tarixi və elmin inkişafında önəmindən bəhs edən dr. Pyer Munye Kün bu sahədə qadınların rolundan da danışıb. 60-70-ci illərdə qadınlar üçün kompüter elmində “qızıl dövr” olduğunu vurğulayan doktor Kün bu fəallığın illər ərzində tədricən azaldığını bildirib.

 

Sonda dr. Pyer Munye Kün  tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.



11.09.2018 | 11:41