Əyləncəli musiqili proqram təqdim olunacaq

Sentyabrın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Musiqi palitrası” adlı yeni əyləncəli proqram təqdim olunacaq, Uşaqlar üçün nəzərdə tutulan bu proqram milli musiqimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır.  Tədbirdə milli musiqi alətlərindən bəhs ediləcək və Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndiriləcək. Uşaqlar bəstəkarlarımızın filmlərə yazdıqları musiqiləri də ifa edəcəklər. Uşaqların ecazkar dünyalarından, onların istedad və bacarıqlarından bəhs ediləcək bu əyləncəli proqram yaddaşlarda yaradıcılıq müsabiqəsi kimi də qalacaq.

       

Qeyd edək ki,  bu musiqili, əyləncəli proqramın  təqdimatında uşaq və yeniyetmələr öz istedad və potensiallarını da ortaya qoyacaqlar.

                  

Sifai SƏFƏROVA

 

 



12.09.2018 | 14:07