Yeni dərs ili öncəsi rusdilli təhsil müəssisəsində şagirdlərlə görüş

Zaqatala rayonunun Maqov kəndində təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı Rus evinin rəhbəri İrek Zinnirov və Zaqatala Rayon İcra Hakimiyyətinin  məsul işçisi Ramil Həsənov təbrik ediblər. Uşaqlara  lazım olan bütün dəftərxana ləvazimatları, eləcə də  məktəb çantaları hədiyyə edilib. Bu il birinci sinfə gedəcək uşaqlar üçün  hədiyyələr  xüsusilə əhəmiyyətli olub və  onlara hədsiz sevinc hissləri yaşadıb.

 

Bakıdakı Rus evi, VTB Bank (Azərbaycan), Azərbaycan Rus icması tərəfindən Rusdilli təhsil müəssisələrinin müəllimləri Assosiasiyası və Azərbaycan  Avar icmasının dəstəyi ilə həyata keçirilən  aksiyada  icmanın  rəhbəri Maqomed İsayevə də dərs ləvazimatları, metodiki vəsaitlər və rus dili kabinetləri üçün Rus ədəbiyyatı klassiklərinin portretləri təqdim olunub.

 

Sifai SƏFƏROVA



12.09.2022 | 16:09