Təcrübə proqramını uğurla keçən tələbələrə sertifikatlar verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 6 tələbəsi Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) şirkətində 3 həftəlik yay təcrübə proqramını başa vurub.

 

İyul-avqust aylarında keçirilən yay təcrübə proqramında ADNSU-nun neft-mexanika fakültəsinin 4,   informasiya texnologiyaları və idarəetmə fakültəsinin 2 tələbəsi iştirak edib.

 

Sertifikatların təqdimat mərasimində ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, AİMK-nin İnsan resurslarının idarə edilməsi və inzibati işlər üzrə mütəxəssisi Cümşüd Cahangirov, neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, həmin fakültənin  elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov tələbələrin təcrübə müddətindəki fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 

 

Sonda ADNSU tələbələrinə sertifikatlar təqdim edilib.

 



23.09.2022 | 15:27