Elm və Təhsil Nazirliyi Gürcüstana 21703 nüsxə dərslik göndərib

Sentyabrın 23-də Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2022-2023-cü tədris ili üçün 18 adda 21703 nüsxə dərslik göndərilib.


Sözügedən dərs vəsaitləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin əməkdaşlarının müşayiəti ilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib. 


Qeyd edək ki, Ana dili və Ədəbiyyat dərsliklərinin mübadiləsi 21 fevral 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.


Son 5 ildə Elm və Təhsil Nazirliyi tərəfindən 105 913 nüsxə dərslik və metodiki vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə  göndərilib.

 

 



24.09.2022 | 09:24