Mingəçevir Dövlət Universitetinin magistrantları Şəhidlər Xiyabanını ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin bir qrup əməkdaşı və magistrantlar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub.

 

MDU kollektivi üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, Vətən övladlarının ruhuna dualar oxuyub və onların əziz xatirələrini dərin ehtiram, sonsuz minnətdarlıq hissi ilə yad ediblər.

 

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi və daim uca tutulması, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

 



26.09.2022 | 16:26