“Gənc istedadlar” liseyi şagirdinin böyük uğuru

Bakı Dövlət Universiteti (BDU) nəzdindəki “Gənc istedadlar” liseyinin VI sinif şagirdi Silduz Hacıyev Sinqapurda keçirilən Yeniyetmələrin Beynəlxalq Riyaziyyat Olimpiadasında (International Junior Math Olympiad (IJMO)) (https://ijmo.asia/) gümüş medala layiq görülüb.

 

BDU-dan bildirilib ki, olimpiada bu ilin 1-7 dekabr tarixlərində keçirilir.

 

Qeyd edək ki, Silduz Hacıyev 2022-ci ilin 27 avqust - 4 sentyabr tarixlərində keçirilmiş Hong Kong Beynəlxalq Riyaziyyat Olimpiadasında (https://www.hongkongimo.com/) da qızıl medala layiq görülüb.

 

 



06.12.2022 | 17:49