Aşqarlar Kimyası İnstitutunda sabiq doktorant və dissertantlar ixtisas fənlərindən imtahan veriblər

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda 2306.01- “Üzvi kimya” və 2314.01-“Neft kimyası” ixtisas fənlərindən kimya üzrə fəlsəfə doktorluğu hazırlığı üzrə imtahanlar keçirilib.

 

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyevin sədrliyi ilə yaradılmış doktorluq imtahan komissiyası üzvlərinin iştirakı ilə baş tutan imtahanlarda bu elmi müəssisənin sabiq doktorant və dissertantları – İbadulla Mahmudov, Könül Qəhrəmanova, Günay İsmayılova, Leyla Səfərova və Təranə İbrahimovanın ixtisas bilikləri yazılı, həmçinin şifahi formada sual-cavabla yoxlanılıb və yüksək qiymətləndirilib.

 

 



06.12.2022 | 16:04