Brandenburq Texniki Universitetinin professoru alman dili qrupunda təhsil alan tələbələrlə görüşüb

Brandenburq Texniki Universitetinin (BTU) professoru, Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru Sylvio Simon  AzTU-nun maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dili qrupunda təhsil alan tələbələrlə görüşüb.

 

Professor görüş zamanı tələbələrə BTU haqqında ətraflı məlumat verib. Qeyd edib ki, universitetdə təcrübə keçmək, həmçinin Avropa İttifaqının “Erasmus+” mübadilə proqramı çərçivəsində 1 semestr ərzində təhsil almaq, gələcəkdə magistratura səviyyəsində tədrisi davam etdirmək, konfranslarda və yay məktəblərində iştirak etmək və s. bu kimi imkanlardan yararlana bilərlər.

 

Professor Sylvio Simon  həmçinin bildirib ki, alman dili səviyyələri yüksək olduğu üçün bu qrupda təhsil alan tələbələr müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramlarında iştirak edə bilərlər.

 

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb. 

 

Nəzrin SEYİDƏLİYEVA 

 



07.12.2022 | 16:12