Fənn olimpiadalarının I mərhələsinin nəticələri

Respublika fənn olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.



Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
 

Qeyd edək ki, növbəti mərhələ informatika fənni üzrə 18 fevral, digər fənlər üzrə 25 fevral 2023-cü il tarixlərində keçiriləcək.
 

Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 1-15 fevral 2023-cü il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
 

Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.

 



06.01.2023 | 11:26