“Gender bərabərliyi” adlı yeni dərs vəsaiti çap edilib

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı Zaur Əliyevin elmi redaktorluğu ilə “Gender bərabərliyi” adlı yeni dərs vəsaiti çap edilib.

 

Dərs vəsaitinin müəllifləri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəsinin sədr müavini Elgün Səfərov və BDU-nun gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərovadır. Kitabın baş redaktoru Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, rəyçisi isə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovdur.

 

Altı fəsildən ibarət dərs vəsaitində gender bərabərliyi anlayışı və yaranma tarixi, cinsi ayrı-seçkiliyin yaranması və onunla mübarizə üsulları, beynəlxalq müqavilələrə və milli qanunvericiliyə əsasən gender bərabərliyinin təmin edilməsi, dövlət qulluğunda gender bərabərliyi prinsipinin tətbiqi, iqlim dəyişikliyinin gender bərabərliyinin təmin edilməsinə təsiri ilə bağlı məsələlər öz əksini tapıb.

 

Kitab tələbələr, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 



12.01.2023 | 15:17