Şəhid məzunun doğum gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəbin şəhid məzunu Əlihüseyn Məmmədovun doğum gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADNSU-nun şəhid məzunlarının valideynləri, ailə üzvləri, universitetin professor-müəllim heyəti iştirak edib.

 

ADNSU-nun tərbiyə işləri üzrə prorektoru dosent Ata Babayev, energetika fakültəsinin dekanı dosent Aydın Əliyev və enerji istehsalı texnologiyaları kafedrasının müdiri dosent Şükür Nəsirov çıxış edərək  44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən danışıblar. Qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xaqlı yumruq kimi birləşdi:”Torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə ADNSU-nun məzunları, o cümlədən Əlihüseyn Məmmədov da igidlik və fədakarlıq nümunəsi göstərən qəhrəman övladlarımızdandır”.

 

Şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova və tədbirdə iştirak edən digər şəhidlərin ailə üzvləri, yaxınları onlara göstərilən diqqətə görə razılıqlarını bildirib, universitet rəhbərliyinə təşəkkür ediblər.

 

 



07.02.2023 | 11:05