MDU tələbəsi “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində fərqlənib

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Tahirə Mustafayeva Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində fərqlənərək Fəxri Fərmana layiq görülüb. Müsabiqədə seçim təqdim edilmiş 49 esse arasında aparılıb.

 

Monitorinq Mərkəzində keçirilən yekun tədbirdə qaliblər mükafatlandırılıb. Fərqlənən 3 esse müəllifindən biri olan MDU tələbəsinə Fəxri Fərman təqdim olunub.

 

Qeyd edək ki, müsabiqə ulu öndər Heydər Əliyevin zəngin ömür yolu və dövlətçilik fəaliyyətinin öyrənilməsi, yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsi və azərbaycançılıq ideologiyasının təbliği, eləcə də tələbələrdə tədqiqat bacarığının üzə çıxarılması və onlarda düzgün yazı vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıyıb.

 



07.02.2023 | 16:10