BŞTİ tərəfindən monitorinq keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII və IX sinifləri üzrə monitorinq keçirilir.

 

BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

 

Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir.

 

Təhsilalanlara təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunur. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilir.

 

Qeyd edək ki, monitorinqlər bitdikdən sonra nəticələr bal və məzmun təhlili formasında təhsil müəssisələrinə təqdim olunacaq.

 

 



07.02.2023 | 13:31