Apellyasiya müsahibələrinin nəticələri

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin nəticələri barədə məlumat şəxsi səhifələrinə göndərilib. 
 

 
Namizədlər 9 fevral saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədən işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti regional təhsil idarələrinə təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra çıxarışın təsdiqi ilə bağlı şəxsi səhifələrini yoxlamaları tələb olunur. 

 
Çıxarışı aidiyyəti regional təhsil idarələri tərəfindən təsdiq edilmiş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək.

 



07.02.2023 | 17:27