“Halliburton” şirkətinin nümayəndələri UFAZ-ın elmi laboratoriyalarında olublar

“Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Graeme Taylor və İnsan resursları üzrə biznes meneceri Vüsalə Əkbərova Azərbaycan-Fransız Universitetinin (UFAZ) elmi laboratoriyalarında olublar.

 

UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov, Baş katibi Elizaveta Bydanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlmiləlləşmə üzrə rektor müşaviri Lətifə Nəsibova qonaqlarla görüşüb, onlara UFAZ-ın yaranma tarixi, tədris prosesi, tədqiqat və elmi sahədə əməkdaşlıq barədə ətraflı məlumat veriblər. Görüşdə UFAZ-ın elmi eksperti Yannick Hoarau da iştirak edib.

 

UFAZ-ın Kimya proqramı üzrə koordinatoru Maxime Florent, kimya fənni üzrə laborantı Narınc Tağıyeva və Neft və qaz proqram koordinatoru Fidan Aslanzadə qonaqları kimya mühəndisliyi, analitik kimya və fizika laboratoriyaları ilə tanış edib, onlara laboratoriya infrastrukturu barədə məlumat verib.

 

Tərəflər mümkün əməkdaşlıq, tələbələr üçün təcrübə və karyera imkanlarını müzakirə ediblər.

 

 



08.02.2023 | 11:10