İtaliyalı mütəxəssis: Zəlzələlər nəticəsində Anadolu yarımadası 3 metr sürüşüb

Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş zəlzələlər nəticəsində Anadolu yarımadası 3 metr qərbə doğru sürüşüb.

 

Bunu İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) rəhbəri Karlo Doqlioni deyib.

 

Zəlzələlərin Şərqi Anadolu, Ərəbistan və Afrika tektonik plitələrinin kəsişməsində baş verdiyini bildirən K.Doqlioni qeyd edib ki, Türkiyədən keçən iki böyük tektonik plitədən birində fəallıq müşahidə olunub. Həmin tektonik plitə boyunca yer səthi hərəkət edib və 3 metrlik sürüşmə olub. Bu, ilkin məlumatdır. Peyk məlumatlarından sonra bu sürüşmənin miqyası daha aydın olacaq.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

 

Azərtac

 

 



08.02.2023 | 10:42