ŞAR kosmik hava durumu və proqnozunu açıqlayıb

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) kosmik hava durumu və proqnozuna dair məlumat açıqlayıb. Bildirilib ki, Günəş fəallığı bir qədər aktivləşib, C və M sinif alışmalar qeydə alınıb7 fevralda 3213 oblastında M sinif alışmalar baş verib. Son 3 sutka ərzində maksimum alışma səviyyəsi M 6.39 olub. Günəşin səthində 8 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 142-dir. Son 3 sutka ərzində 21 CME (Coronal Mass Ejections – Tac Maddə Atılmaları) qeydə alınıb. 3211 oblastında 07 fevral saat 21:30 UTC-də baş vermis C 5.3 sinifli alışma CME səbəb olub. Yerə doğru yönələn Tac Kütlə Atılmaları müşahidə olunmayıb.

 

Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyəyə çatıb (2,520 pfu). 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalıb. 

 

Hesabat dövründə Günəş küləyi parametrləri normal səviyyədə olub. Günəş küləyinin sürəti artaraq 572.5 km/san olub. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 4.96 nT, radial istiqamətdə  isə 2.26 nT olub.

 

Günəş küləyinin sürətinin artması mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək sürətli Zərrəciklər Selinin) təsirinin hələ də davam etdiyini göstərir.

 

Geomaqnit sahə son sutka ərzində bir qədər aktivləşib (4 Kp).

 

9 - 11 fevral tarixlərində Günəş fəallığının bir qədər aktivləşəcəyi gözlənilir. M sinif alışmanın baş vermə ehtimalı 55%, X sinif isə 15% təşkil edir.

 

2 MeV-dən çox enerjili elektron selinin 9-10 fevralda proqnoz dövründə yüksək səviyyədə qalacağı, 11 fevralda isə zəifləyəcəyi gözlənilir. Enerjisi 10MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı proqnozlaşdırılır. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

 

Proqnoz dövründə CH HSS-in (Tac Dəliklərindən çıxan Yüksək sürətli Zərrəciklər Seli) təsiri zəifləsə də, son baş vermiş aktivlik və CME-lərin Geomaqnit sahəsinin aktivliyinə təsirinin bir müddət davam edəcəyi və sakitləşəcəyi ehtimal olunur.

 

Radiosiqnalların ötürülməsində də  R1-R2 səviyyəli  kəsilmə olması ehtimalı 55%, R3-R5 səviyyəli kəsilmə olması ehtimalı isə 15% təşkil edir.

 

 



10.02.2023 | 11:31