İnformatika fənni üzrə aylığın yekunu ilə bağlı tədbir keçirilib

Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə informatika fənni üzrə aylığın yekunu ilə bağlı tədbir  keçirilib.  Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri, rayonda yerləşən ümumtəhsil məktəblərinin direktorları  və digər şəxslər iştirak ediblər. 

 

Əvvəlcə tədbir iştirakçıları məktəbin dəhlizində şagirlərin hazırladıqları rəsm sərgisi və onların fənn aylıqlarına həsr edilmiş əl işləri ilə tanış olublar. Sonra təhsil ocağının akt zalında informatika müəllimi Təranə Vəliyeva və Şəlalə Zeynalovanın 8a sinif şagirdləri ilə birlikdə çəkdiyi “Müəllim keçmişin əmanətçisi,  gələcəyin qurucusudur” adlı müəllim nüfuzunu yüksəltməyə xidmət edən maarifləndirici qısametrajlı film nümayiş olunub.

 

Həmçinin aylıq çərçivəsində informatika müəllimi Günay  Sadıqovanın  10-cu sinif şagirdləri ilə təşkil etdiyi “Rəqəmsal dünyada insan” adlı maarifləndirici tədbir keçirilib.

 

Rəşad ZİYADOV

 



17.03.2023 | 12:42