UTECA daha bir sənaye müəssisəsi ilə əməkdaşlığa başlayır

Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə “Galaksi” şirkəti arasında memorandum imzalanıb.

 

Memoranduma UTECA-nın rektor əvəzi dosent Yaşar Ömərov və “Galaksi” şirkətinin rəhbəri Qiyas Akkurt imza atıblar.
 

Əməkdaşlıq görüşündə kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, yüngül sənaye məhsullarının istehsalı sahəsində qarşıda duran məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.
 

Sonra universitetin yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının əməkdaşları tərəfindən çəkilmiş rəsm əsəri müəssisəyə hədiyyə olaraq təqdim olunub.
 

Qeyd edək ki, “Galaksi” şirkəti ölkəmizdə 20 ildən çoxdur fəaliyyət göstərir. Gəncədə “Galaksi Tekstil” ev tekstil məhsulları və “Galaksi Shaika” qranit tava və qazan dəstləri istehsalı fabriklərinin açılışı ötən ilin dekabrında baş tutub. Bu fabriklərdə 100 nəfərdən çox işçi çalışır.

 



18.03.2023 | 10:18