Lənkəran Dövlət Universitetində bayram ovqatlı Novruz şənliyi

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın milli bayramı olan Novruzun gəlişi gözəl bayram tədbiri ilə qeyd edilib.

 

LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyi universitetin rektoru professor Natiq İbrahimovun kollektivə ünvanlanmış təbriki ilə başlayıb.

 

Sonra bayramsayağı bəzədilmiş zal universitetin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.

 

Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.

 



18.03.2023 | 12:21