UNEC kollektivi Novruz bayramını “Qocalar evi”ndə qeyd edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Novruz bayramı münasibətilə  Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb.

 

UNEC kollektivi ilə ahılları ziyarət edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, UNEC-in departament direktoru dosent Gülnarə Rzayeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı Novruz bayramı münasibətilə onları təbrik edib,  uzun ömür, cansağlığı və xoş günlər arzulayıblar.

 

UNEC Kitabxana İnformasiya Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Təşkilatının Novruz bayramının ənənəvi “papaq atmaq” adətinə uyğun olaraq həyata keçirdiyi “KitabAt” layihəsi çərçivəsində ahıllara kitablar hədiyyə olunub. Sakinlər “KitabAt” layihəsini maraqla qarşılayaraq sevinclərini ifadə ediblər.

 

Görüşdə universitetin Yaradıcılıq Mərkəzinin üzvləri ahıllar qarşısında musiqi və rəqs nömrələri ilə çıxış ediblər. UNEC kollektivi ilə ahıllar birlikdə rəqs edərək, unudulmaz anlar yaşayıblar.



18.03.2023 | 12:48