ADPU-nun Quba filialında "Qələbə ətirli Novruz"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında riyaziyyat və təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə "Qələbə ətirli Novruz" adlı tədbir keçirilib.

 

Tədbirin moderatorları Kamilla Rzayeva və Arzu Əliyeva Novruz haqqında müxtəlif maraqlı tarixi məlumatlar səsləndiriblər.

 

Sonra filialın direktoru Yusif Alıyev çıxış edərək bildirib ki, 3 ildir, parlaq qələbə ilə qədəm qoyduğumuz Novruz bayramının ilk tonqalları artıq bütün Azərbaycan torpaqlarında qalanır:” Təsadüfi deyil ki, 3 il bundan əvvəl hər birimiz üçün Şuşada Novruz tonqalının qalanması arzu idisə, artıq o tonqal Şuşa qalasının qarşısında qalanır”.

 

Tədbirdə filial rəhbərliyi tərəfindən bir qrup əməkdaş və tələbələr Fəxri fərman və Təşəkkürnamə ilə təltif ediliblər.

 

Sonda tələbələrin hazırladıqları səhnəciklər, rəqslər nümayiş olunub, Novruz atributları olan Kosa və Keçəlin ifaları, yumurta döyüşü maraqla qarşılanıb.

 

Filialın həyətində tonqal da qalanıb, xoş arzular səsləndirilib, rəhbərlik və tələbələr tonqal ətrafında birgə rəqs ediblər.

 

 



18.03.2023 | 13:19