Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı alimin BDU-da elmi seminarı

Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinin məzunu, AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin rəhbəri, professor Tərlan Məmmədov BDU tələbələrinə “Vaksin və terapevtik proteinlerin işlənib hazirlanmasi: malyariya, qarayara, quduzluq və COVID-19-a qarşı bitki əsaslı vaksin və terapevtik proteinlerin preklinik tədqiqatlari” mövzusunda elmi seminar keçib.

 

Professor T.Məmmədov iştirakçılara son illərdə geniş yayılmış COVİD-19 virusuna qarşı və digər vaksinlər haqqında ətraflı məlumat verib. Bildirib ki, onun rəhbərliyi ilə komandası tərəfindən hazırlanmış vaksin COVİD-19 virusunun bütün variantlarına qarşı effektlidir. T.Məmmədov artıq bir neçə önəmli vaksinin, o cümlədən qarayara, malyariya və quduzluq kimi xəstəliklərə qarşı vaksinlərin hazırlanması ilə əlaqədar preklinik tədqiqatların başa çatdığını və insanlar üzərində sınaqlardan keçmə mərhələsində olduğunu deyib.

 

Seminarın sonunda məruzəçi tələbələrin suallarını cavablandırıb.

 

 



30.03.2023 | 12:20