Paytaxt məktəblisi I dərəcəli diploma layiq görülüb

Müslüm Maqomayev adına 26 nömrəli  onbirillik musiqi məktəbinin istedadlı şagirdləri Türkiyədə onlayn şəkildə keçirilən Beynəlxalq Virtual Rəqs, Musiqi və İncəsənət yarışmasına qatılıblar. Şagirdlərin çıxışları uğurlu alınaraq tamaşaçıları heyran edib.

    

Boğaziçi Folklor Birliyi Gənclik və İdman Klubunun təşkilatçılığıi ilə baş tutan bu Beynəlxalq Virtual istedad yarışmasında Azərbaycan məktəblisi  qanun sinfinin şagirdi Mehinbanu Bayramlı 14 yaşlı iştirakçılar arasında I dərəcəli diplom layiq görülüb.

 

Qeyd edək ki, Mehinbanu Bayramlının  müəllimi İradə Kamilovadır.

 

Sifai SƏFƏROVA

 



05.05.2023 | 16:28