Mini-futbol üzrə rayon çempionatı keçirilib

Oğuz Rayon Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında mini- futbol üzrə rayon çempionatı keçirilib.

 

Şəki-Zaqatala RTİ-dən aldığımız məlumata görə, 12 komandanın mübarizə apardığı yarışın açılış mərasimində Yeni Azərbaycan Partiyası  Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov və müəllimlər iştirak ediblər.

 

Yarışın nəticəsinə görə, 1 nömrəli tam orta məktəbin komandası I yer, 3 nömrəli məktəb-liseyin komandası II yer,  A.Əfəndiyev adına Kərimli kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

 

Qalib komandalara diplom və medallar təqdim olunub.

 

Şakir Cəfərov 

 



24.05.2023 | 14:07