Qızlar arasında “Breyn-rinq” intellektual bilik yarışı

Masallı Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə “ASAN” İntellektual Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş rayonun ümumtəhsil məktəblərinin qızlardan ibarət IX-XI sinif şagirdləri arasında “Breyn-rinq” İntellektual bilik yarışının rayon birinciliyi keçirilib.

 

Tədbirin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual faəliyyətə cəlb olunması, milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hisslərinin aşılanması, intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili və istedadlı gənclərin üzə çıxarılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.

 

Gərgin şəraitdə keçən bilik yarışmasında E.Əhədov adına Təzə Alvadı 1 nömrəli  tam orta məktəbin qızlardan ibarət komandası I, Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin qızlardan ibarət komandası II və Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbinin qızlardan ibarət komandası isə III yeri tutublar.

 

Qalib komandalar rayon gənclər və idman idarəsinin kubok, diplom və medalları ilə təltif edilib.

 

Şakir CƏFƏROV

 



07.03.2018 | 10:30