“Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası keçirilib

Dənizkənarı Milli Parkda  Bakı Avropa Liseyinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə 6 oktyabr - Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunmuş Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası keçirilib. Hər il bu gündə bütün bəşəriyyətin diqqətini Yer planetinin flora və faunasının qorunması probleminə cəlb etmək məqsədilə beynəlxalq bayram keçirilir.  Aksiyada Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin,  6 nömrəli məktəb-liseyin və 132-134 nömrəli təhsil kompleksinin şagirdləri iştirak ediblər. Məqsəd  gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə cəlb etməkdir.

         

Aksiya üç hissədən ibarət olub. AMEA-nın Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri Rəşad Səlimov şagirdlərə Azərbaycan endemikləri barədə interaktiv mühazirə oxuyub.

     

Sonda uşaqlara bəzi endemik bitkilərin toxumları təqdim olunub və onlara bu bitkilərə Novruz bayramınadək öz evlərində necə qulluq edəcəkləri və sonradan əkəcəkləri haqqında məlumat verilib. İştirakçıların bir hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na salınan ağacların (dəmirağacı, Lənkəran akasiyası, nar ağacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı) tinglərini mütəxəssislərlə birgə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər.

                             

Sifai Səfərova



11.10.2018 | 14:29