“Azərbaycan tətbiqi sənət emalatxanası” layihəsi həyata keçirilir

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”ndə ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib seçilmiş “Azərbaycan tətbiqi sənət emalatxanası” layihəsi uğurla həyata keçirilir. Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası tərəfindən icra olunan bu layihənin reallaşmasında gimnaziyanın bütün  siniflərindən müxtəlif yaş qruplarından olan şagirdlər iştirak edəcəklər. Hədəf isə milli mədəniyyətimizin  təbliğində böyük əhəmiyyətə malik olan xalçaçılıq, zərgərlik, dulusçuluq, keramika, bədii tikmə kimi sənət növlərinin  gələcək nəslə ötürülməsidir.

 

Layihə çərçivəsində ustad dərsləri, hazırlanan əl işlərindən ibarət sərginin təşkili də nəzərdə tutulub. Ustad dərslərini Xalq rəssamı, xalçaçı-rəssam Eldar Mikayılzadə və Azərbaycan Rəssamlar ittifaqının üzvü  Namiq Dadaşov nümayiş etdiriblər.

                                           

Sifai Səfərova



11.10.2018 | 16:34