Təhsil siyasətinə maarifçi və mesenatların dəstəyi

A­zər­bay­can Xalq Cüm­hu­riy­yə­ti ya­ran­dı­ğı ilk gün­dən xal­qın maa­rif­lən­mə­si­nə bi­rin­ci də­rə­cə­li əhə­miy­yət ve­rir­di. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti tə­rə­fin­dən Xalq Maa­rif Na­zir­li­yi tə­sis edil­di, maa­rif na­zi­ri və­zi­fə­si­nə isə Nə­sib bəy Yu­sif­bəy­li tə­yin olun­du. Na­zir­lik xalq təh­si­li­ni sü­rət­lə in­ki­şaf et­dir­mək məq­sə­di­lə qı­sa müd­dət ər­zin­də tək­lif­lər ha­zır­la­yıb hö­k­mə­tə təq­dim edir­di. Xalq mək­təb­lə­ri və təd­ris dai­rə­lə­ri­nin di­rek­to­ru və­zi­fə­si ləğv olu­na­raq, mək­təb və təh­sil işi­nin ida­rə o­lun­ma­sı Xalq Maa­rif Na­zir­li­yi­nin və xalq mək­təb­lə­ri tə­li­mat­çı­la­rı­nın sə­rən­ca­mı­na ve­ril­di.

 

­A­zər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin təh­sil sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi ilk təd­bir­lər­dən bi­ri  hö­ku­mə­tin 1918-ci il 17 iyun ta­rix­li qə­ra­rı ilə Azər­bay­can (türk) di­li­nin döv­lət di­li elan edil­mə­si idi. Mil­li kadr­la­rın ha­zır­lan­ma­sı bu sa­hə­də təh­si­lin ta­ma­mi­lə ye­ni­dən qu­rul­ma­sı­nı zə­ru­ri edir­di. Mək­təb­lə­rin mil­li­ləş­mə­si mə­sə­lə­si na­zir­li­yin təh­sil sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi  ən mü­him təd­bir­lər­dən bi­ri idi. “Bü­tün ib­ti­dai təd­ris müəs­si­sə­lə­rin­də təh­sil şa­gird­lə­rin ana di­lin­də apa­rıl­ma­lı, döv­lət di­li olan Azər­bay­can di­li­nin təd­ri­si isə məc­bu­ri su­rət­də hə­ya­ta ke­çi­ril­mə­li, ali, ib­ti­dai və or­ta təd­ris müəs­si­sə­lə­rin­də isə dərs­lər döv­lət di­lin­də apa­rıl­ma­lı­dır”, - 1918-ci il 28 av­qust ta­rix­li qə­ra­rın­da be­lə qeyd olun­muş­du. Azər­bay­can di­li­ni bil­mə­yən şa­gird­lər üçün 3-cü və 4-cü si­nif­lər­də Azər­bay­can di­li şö­bə­lə­ri açıl­ma­lı və bu­ra­da Azər­bay­can di­li elə in­ten­siv təd­ris olun­ma­lı idi ki, iki il­dən son­ra hə­min şa­gird­lər ar­tıq bu dil­də təh­sil­lə­ri­ni da­vam et­di­rə bil­sin­lər.

 

Xalq maa­rif na­zi­ri Nə­sib bəy Yu­sif­bəy­li 1918-ci il de­kab­rın 31-də Azər­bay­can qu­ber­na­tor­la­rı­na mək­tub gön­dər­miş­di. Mək­tub­da de­yi­lir­di ki, AXC-nin maa­rif sa­hə­sin­də qar­şı­da çox bö­yük və çə­tin və­zi­fə­lə­ri var. Na­zir­lik ye­ni mək­təb­lər, müəl­lim kurs­la­rı aç­maq­la, təh­sil sa­hə­sin­də öl­kə­ni müm­kün qə­dər qı­sa müd­dət­də la­zı­mi sə­viy­yə­yə qal­dır­maq üçün bü­tün qüv­və­lə­ri sə­fər­bər­li­yə al­mış­dı.

 

­Ar­tıq 1919-cu ilin əv­vəl­lə­rin­də Azər­bay­can­da döv­lət he­sa­bı­na 23 or­ta ix­ti­sas mək­tə­bi və 637 ib­ti­dai mək­təb fəa­liy­yət gös­tə­rir­di. 1919-1920-ci təd­ris ilin­də Azər­bay­ca­nın or­ta mək­təb­lə­rin­də 9611 şa­gird təh­sil alır­dı ki, on­la­rın da 3115 nə­fə­ri azər­bay­can­lı idi. Bu, bir il ər­zin­də hö­ku­mə­tin xal­qa edə bi­lə­cə­yi ən bö­yük töh­fə idi. Dərs və­sai­ti­nə və ix­ti­sas­lı müəl­lim kadr­la­rı­na bö­yük eh­ti­yac ol­du­ğu dövr­də Tür­ki­yə­dən müəl­lim kadr­la­rı də­vət et­mək və dərs və­sait­lə­ri gə­tirt­mək na­zir­li­yin ön­də olan iş­lə­rin­dən idi.

 

Qı­sa­müd­dət­li kurs­lar­da Azər­bay­can di­li­ni bi­lən sa­vad­lı şəxs­lər­dən müəl­lim kadr­la­rı ha­zır­la­nır­dı. Xü­su­si ko­mis­si­ya ya­ra­dıl­mış­dır ki, mək­təb­lər dərs və­sai­ti ilə tə­min edil­sin. Hü­seyn Ca­vid, Ab­dul­la Şa­iq, Cə­mo Cəb­ra­yıl­bəy­li, Sə­məd bəy Aca­lov, Fər­had Ağa­za­də, Ab­dul­la bəy Əfən­di­za­də və baş­qa­la­rı bu işə cəlb edil­miş­di.

 

1919-cu il sent­yab­rın 18-də par­la­men­tin qə­ra­rı ilə bir mil­yon ma­nat və­sait ay­rıl­dı ki, xalq mək­təb­lə­ri üçün Tür­ki­yə­dən dərs ki­tab­la­rı alın­sın.

 

AXC hö­ku­mət ka­bi­net­lə­ri­nin, xü­su­sən də Xalq Maa­rif Na­zir­li­yi­nin təh­sil sa­hə­sin­də qar­şı­da du­ran ən üm­də və­zi­fə­lə­rin­dən bi­ri də öl­kə­də ali təh­si­lin təş­ki­li və ali təh­sil­li kadr­la­rın ha­zır­lan­ma­sı idi. Qı­sa müd­dət ər­zin­də üç ali təh­sil oca­ğı­nın - Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin, Əkin­çi­lik İns­ti­tu­tu­nun və Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın tə­sis edil­mə­si ba­rə­də mə­sə­lə qal­dı­rıl­mış­dı. An­caq on­lar­dan yal­nız bi­ri­nin - Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin açıl­ma­sı­nı real­laş­dır­maq müm­kün ol­du. 1919-cu il sent­yab­rın 1-də “Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin tə­si­si haq­qın­da” qa­nun qə­bul edil­di.

 

1919-cu il no­yab­rın 15-də Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin au­di­to­ri­ya­la­rın­da ilk mü­ha­zi­rə­lər oxun­du. M.Ə.­Rə­sul­za­də, R.Qap­la­nov və baş­qa­la­rı, bir sı­ra döv­lət və si­ya­si xa­dim­lər hə­vəs­lə uni­ver­si­tet au­di­to­ri­ya­la­rın­da mü­ha­zi­rə­lər söy­lə­mə­yə baş­la­dı­lar. Bu mü­ha­zi­rə­lər, tə­lə­bə­lər­lə qu­ru­lan ün­siy­yət tək­cə elm və təh­si­lə olan ma­ra­ğı ar­tır­mır­dı, ey­ni za­man­da, xal­qın özü­nə ina­mı­nın, mil­li döv­lət­çi­lik və və­tən­pər­vər­lik hiss­lə­ri­nin da­ha da güc­lən­mə­si­nə tə­sir edir­di.

 

Ba­kı­da uni­ver­si­te­tin ya­ra­dıl­ma­sı bö­yük ta­ri­xi önəm da­şı­yır­dı. Azər­bay­can­lı­lar müa­sir uni­ver­si­tet təh­si­li al­maq üçün im­kan qa­zan­dı­lar. Uni­ver­si­te­tin fəa­liy­yə­ti bü­tün mü­səl­man və türk dün­ya­sı­na tə­sir gös­tər­di. Uni­ver­si­te­tin ilk rek­to­ru Va­si­li İva­no­viç Ra­zu­movs­ki ya­zır­dı: “Azər­bay­can öz maa­rif oca­ğı­nı ya­rat­dı. Türk xal­qı­nın ta­ri­xi­nə ye­ni par­laq sə­hi­fə ya­zıl­dı. Av­ro­pa ilə Asi­ya­nın qo­vu­şa­ğın­da ye­ni mə­şəl alov­lan­dı”.

 

AXC-nin sü­qu­tun­dan son­ra BDU-­nun ta­ri­xin­də mü­rək­kəb bir döv­rün baş­lan­ğı­cı qo­yul­du.

 

Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin ya­ran­ma­sı Azər­bay­can mil­li is­tiq­lal hə­rə­ka­tı­nın baş­çı­sı, bü­tün is­lam alə­min­də ilk res­pub­li­ka olan Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı­nın ba­ni­si Mə­həm­məd Əmin Axund Ha­cı Mol­la Ələk­bər oğ­lu Rə­sul­za­də­nin adı ilə bağ­lı­dır. O, bir ne­çə də­fə Azər­bay­can par­la­men­tin­də çı­xış və uni­ver­si­te­tin açıl­ma­sı­nı qə­ti tə­ləb et­miş­dir. Onun sa­yə­sin­də, gü­cü, maa­rif­çi­lik kö­mə­yi ilə “Mü­sa­vat” par­ti­ya­sın­da uni­ver­si­te­tin açıq və giz­li düş­mən­lə­ri par­ti­ya­nın qə­ra­rı­na ta­be ol­ma­ğa məc­bur ol­muş­lar. M.Ə.Rə­sul­za­də “Ta­rix-­fi­lo­lo­gi­ya” fa­kül­tə­sin­də “Os­man­lı ədə­biy­ya­tı ta­ri­xi”n­dən  dərs de­miş­dir.

 

Ba­kı Döv­lət Uni­ver­si­te­tin­də “Tibb ta­ri­xi” də təd­ris olu­nur­du. Uni­ver­si­tet­də 1919-cu il­də tibb fa­kül­tə­si tə­sis edil­miş­di.

 

Par­la­men­tin 1919-cu il 1 sent­yabr ta­rix­li qə­ra­rı əsa­sın­da Xalq Maa­ri­f Na­zir­li­yi­nin xət­ti ilə 100 nə­fər azər­bay­can­lı gənc döv­lət he­sa­bı­na xa­ri­ci öl­kə­lə­rin ali mək­təb­lə­rin­də təh­sil al­ma­ğa gön­də­ril­di. AXC-nin xa­ri­cə gön­də­ri­lən ək­sər tə­lə­bə­lə­ri Al­ma­ni­ya, Sankt-Pe­ter­burq, Mosk­va, Ki­yev və di­gər öl­kə və şə­hər­lər­də tibb təh­si­li də alır­dı­lar.

 

A­zər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Hö­ku­mə­ti­nin xalq maa­ri­fi sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi mü­hüm təd­bir­lər­dən bi­ri də ib­ti­dai təh­sil müəs­si­sə­lə­ri şə­bə­kə­si­nin ge­niş­lən­di­ril­mə­si idi. 1919-cu il­də Azər­bay­can­da döv­lət he­sa­bı­na 15 ali ib­ti­dai mək­təb fəa­liy­yət gös­tə­rir­di. Yaş­lı­la­rın sa­vad­lan­ma­sı hö­ku­mə­tin qar­şı­sın­da du­ran əsas mə­sə­lə­lər­dən  idi. Bu məq­səd­lə 1919-cu il sent­yab­rın 15-də Ba­kı, Gən­cə, Şə­ki, Za­qa­ta­la, Şu­şa və Qa­zax­da yaş­lı­lar üçün Azər­bay­can di­li­ni öy­rə­dən xü­su­si kurs­lar açıl­dı. Fəh­lə­lər üçün isə tex­ni­ki ax­şam kurs­la­rı fəa­liy­yə­tə baş­la­dı.

 

­AXC hö­ku­mə­ti­nin mil­li və de­mok­ra­tik möv­qe­yi Qo­ri se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si­nin Qa­za­ğa kö­çü­rül­mə­si­ni tə­min et­miş­dir. Maa­rif­çi Fi­ru­din bəy Kö­çər­li­nin fə­da­kar­lı­ğı bu iş­də mü­hüm rol oy­na­mış­dır. Qa­za­ğın Ko­sa­lar kənd sa­ki­ni Mə­şə­di İb­ra­him Ha­cı İs­ma­yıl oğ­lu özü­nün 17 ota­ğı olan mül­kü­nü se­mi­na­ri­ya­ya ba­ğış­la­mış­dı.

 

1918-ci il no­yab­rın 10-da Qo­ri se­mi­na­ri­ya­sı Qa­za­ğa kö­çü­rül­dü. Tən­tə­nə­li açı­lış ol­du. Açı­lış­da türk or­du­su­nun ko­men­dan­tı Şəb­ri bəy də çı­xış et­miş­di: “Müəl­lim­lər­siz, bu tə­mən­na­sız fə­dai­lər­siz mil­lə­tin gü­cü və qüv­və­si ola bil­məz.”

 

Fi­ru­din bəy Kö­çər­li Qa­zax Müəl­lim­lər Se­mi­na­ri­ya­sı­nın mü­di­ri ki­mi fəa­liy­yət gös­tər­di­yi dövr­də özü­nün is­tək və ar­zu­la­rı­nı hə­ya­ta ke­çir­mə­yə ça­lı­şır­dı. F.Kö­çər­li mil­li­ləş­dir­mə­yə təh­si­lin məz­mu­nun­dan baş­la­maq ide­ya­sı­nı irə­li sür­müş­dü. Qa­zax Müəl­lim­lər Se­mi­na­ri­ya­sı qı­sa müd­dət­də res­pub­li­ka­da bö­yük şöh­rət qa­zan­dı. Bu se­mi­na­ri­ya me­to­dik mər­kə­zə çev­ril­di. Oxu dər­nək­lə­ri fəa­liy­yə­tə baş­la­dı.

 

1920-ci il fev­ra­lın 2-də dörd se­mi­na­ri­ya­nın açıl­ma­sı­na ica­zə ve­ril­di. Za­qa­ta­la Qız­lar Se­mi­na­ri­ya­sı bun­lar­dan bi­ri idi. Qa­zax se­mi­na­ri­ya­sı di­gər se­mi­na­ri­ya­la­ra bir ör­nək, təc­rü­bə mən­bə­yi idi. Qeyd edək ki, Fi­ru­din bəy Kö­çər­li ye­tim­lər evi də tə­sis et­miş­di. Şə­ki­də açıl­mış ye­tim­lər evi­nin tə­sis­çi­si isə F.Kö­çər­li­nin hə­yat yol­da­şı Ba­di­sə­ba xa­nım idi. O, bu evi  öz və­sai­ti he­sa­bı­na  ya­şat­mış­dı.

 

“Ba­kı şə­hər mək­təb­lə­ri­nə yar­dım ic­ti­mai ida­rə­si” mək­təb­lər­də is­ti sə­hər ye­mək­lə­ri təş­kil edir­di. Və­sai­tin yı­ğıl­ma­sı üçün ida­rə lo­to­re­ya və əv­vəl­ki il­lər­dən qal­mış əş­ya­la­rın sa­tış yar­mar­ka­sı­nı ke­çi­rir­di.

 

Me­se­nat Ha­cı Zey­na­lab­din Ta­ğı­yev mək­təb­li­lə­rə yar­dım edir­di. Onun fab­ri­ki 4-cü türk qız­lar mək­tə­bi­nə az­tə­mi­nat­lı mək­təb­li­lər ara­sın­da bö­lün­mə­si üçün 400 ar­şın par­ça təq­dim et­miş­di.

 

Həf­tə ər­zin­də hər bir dil və ümum­təh­sil fən­lə­ri üz­rə müəl­lim­lər üçün 18 sa­at qa­nu­ni nor­ma he­sab edi­lir­di və si­nif rəh­bər­li­yi tə­yin olunmuşdu.

 

­A­zər­bay­can­da qa­dın hə­rə­ka­tı­nın fə­al xa­di­mi, gör­kəm­li alim və ta­nın­mış pe­da­qoq Səi­də İman­za­də bu dövr­də Şə­ki­də təh­sil al­mış­dı. Ye­ni açı­lan mək­təb­lər şə­ki­li ba­la­la­rı­nı elm, maa­rif işı­ğı­na ça­ğı­rır­dı.

 

Xalq maa­rif na­zi­ri yə­hu­di mək­təb­lə­ri­nin rəh­bə­ri Y.Bays­band və F.Şa­pi­ro­ya­nın təş­kil et­dik­lə­ri yə­hu­di di­li, yə­hu­di xal­qı­nın ta­ri­xi və yə­hu­di ədə­biy­ya­tı­nın ta­ri­xi kurs­la­rı­na din­lə­yi­ci­lə­ri yaz­dır­ma­ğa ica­zə ver­di. Bu­ra­da 700 nə­fər təh­sil alır, 24 müəl­lim ça­lı­şır­dı. Bu mək­təb­lər hər ay 10 min rubl məb­lə­ğin­də döv­lət tə­rə­fin­dən sub­si­di­ya­laş­dı­rı­lır­dı. Mə­gər bu AXC-nin apar­dı­ğı to­le­rant­lıq si­ya­sə­ti­nin nü­mu­nə­si de­yil­mi­dir?

 

A­zər­bay­can döv­lə­ti tə­rə­fin­dən al­man ko­lo­ni­ya­la­rın­da fəa­liy­yət gös­tə­rən mək­təb­lər də dəs­tək­lə­nir­di. Müəl­lim­lə­rin hər bi­ri­nə ins­pek­si­ya tə­rə­fin­dən hər ay 90 rubl ödə­ni­lir­di.

 

­A­zər­bay­can Xalq Cüm­hu­riy­yə­ti döv­rün­də Rə­şid bəy Əfən­di­yev Ba­kı­ya də­vət alır və xalq maa­ri­fi sa­hə­sin­də təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si işi­nə cəlb edi­lir. “Ba­kı Ki­şi Se­mi­na­ri­ya­sı”­nın di­rek­to­ru tə­yin edi­lir. Bu­nun­la ya­na­şı Maa­rif Na­zir­li­yi ya­nın­da əlif­ba ko­mis­si­ya­sı­nın tər­ki­bin­də la­tın qra­fi­ka­sı­na keç­mək üçün təq­dim olun­muş la­yi­hə­lə­rin mü­za­ki­rə­sin­də iş­ti­rak edir.

 

Cüm­hu­riy­yət il­lə­rin­də qə­lə­mi ilə mil­lə­tə ni­cat yo­lu gös­tə­rən gör­kəm­li pub­li­sist, müəl­lim­lər sı­ra­sın­da Sal­man Müm­ta­zın da adı­nı çək­mək olar. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti döv­rün­də xal­qın maa­rif­lən­mə­si, sa­vad­lan­ma­sı uğ­run­da əzm­kar­lıq gös­tər­miş, elm fə­dai­lə­rin­dən bi­ri ol­muş  Sal­man Müm­ta­zın ya­zıb ya­rat­ma­ğa, öy­rət­mə­yə olan  ma­ra­ğı­na bö­yük bəs­tə­kar, mü­tə­fək­kir Üze­yir Ha­cı­bəy­li ilə ya­xın­dan dost­lu­ğu sə­bəb ol­muş­dur de­sək, bəl­kə də ya­nıl­ma­rıq.

 

Ü­ze­yir Ha­cı­bəy­li 1918-1920-ci il­lər­ fəa­liy­yə­ti­ dövr­ündə əmin­lik­lə de­yə bi­lə­rik ki, əzm­kar­lıq­la xal­qa xid­mət et­mək­lə ta­ri­xə adı­nı ya­zıb. “Azər­bay­can qə­ze­ti”­nin re­dak­to­ru ki­mi xal­qın sa­vad­lan­ma­sın­da, maa­rif­lən­mə­sin­də əvəz­siz xid­mət­lə­ri olub. Bö­yük pe­da­qoq ya­zır­dı: “Göz­lər var ki, dü­nə­nə qə­dər əsir və qul olan bir mil­lə­ti bu gün azad və sər­bəst gör­mək is­tə­mir­lər; Qu­laq­lar var ki, lal edil­miş bir mil­lə­tin di­li­nin bu gün açı­lıb söz söy­lə­mə­si­ni eşit­mək is­tə­mir­lər; Qəlb­lər var ki, bir əsr­dən ar­tıq məh­kum qa­lan bir mil­lə­tin bu gün müs­tə­qil və azad ol­ma­sı­nı qə­bul et­mək is­tə­mir­lər”.

 

Bu dövr­də şa­ir, dra­ma­turq, ic­ti­mai xa­dim ki­mi çı­xış edən gənc Cab­bar­lı­nın el­mi və bə­dii fəa­liy­yə­tin­də coşun yük­sə­liş mü­şa­hi­də olu­nur­du. Onun “Sa­lam”, “Sev­di­yim”, “Azər­bay­can bay­ra­ğı­na” və s. şeir­lə­rin­də  mil­li qü­rur his­si özü­nü ay­dın bü­ru­zə ve­rir­di:

 

Al bo­ya azad­lı­ğın, tə­cəd­dü­dün gü­ma­nı;

mədəniyyət bul­ma­lı

Sək­kiz uc­lu bu ul­duz da sək­kiz hərf­li “Od yur­du”;

Əsa­rə­tin ge­cə­sin­dən für­sət bul­muş quş ki­mi,

səhər­lə­rə uç­ma­lı.

 

­İlk müs­tə­qil Azər­bay­ca­nı­mı­zın him­ni­nin sözlərinin müəl­li­fi Əh­məd Ca­vad öz ro­lu­nu be­lə müəy­yən­ləş­dir­miş­di:           

 

Mən çey­nə­nən bir öl­kə­nin,

Haqq ba­ğı­ran sə­si­yəm!

 

Əh­məd Ca­vad qüd­rə­ti Azər­bay­ca­nın azad­lı­ğı ilə ey­ni za­man­da do­ğul­du və bu azad­lı­ğın məh­vi ilə də sü­qu­ta uğ­ra­dı.

 

­Ap­rel iş­ğa­lı ar­zu­la­nan çox plan­la­rın ger­çək­ləş­di­ril­mə­si­ni ya­rım­çıq qoy­du. Cüm­hu­riy­yə­tin cə­mi 23 ay­lıq fəa­liy­yə­ti döv­rün­də təh­sil sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi təd­bir­lər son­ra­lar Azər­bay­can xalq maa­ri­fi­nin təş­ki­li və in­ki­şa­fı­na mü­hüm tə­sir gös­tər­di.

 

Lə­man  AB­DUL­LA­YE­VA,

Şə­ki şə­hər 5 nöm­rə­li tam or­ta mək­tə­bin Azərbaycan di­li və ədə­biy­yat müəl­li­mi

 


12.10.2018 | 15:38