Ankarada Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb

Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

 

Mərasimdə həmçinin, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

 



19.02.2024 | 19:37