Bağçaların sayının artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıb
Məktəbəqədər təhsildə əhatəliliyin artırılması üçün özəl sektorla əməkdaşlıq ediləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
 
O bildirib ki, bununla bağlı mexanizmlər hazırlanıb və növbəti həftələrdə geniş məlumat veriləcək.


18.04.2024 | 12:27